Qısa məzmun
Envix Print Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- CorelDRAW və Photoshop proqramlarını bilməli (İllustrator proqramını bilənlərə üstünlük verilir)
- Kreativlik və yaradıcılıq qabiliyyəti
- Poliqrafiya, Reklam sahəsində ən azı 3 il təcrübəsi olmalı
- Dəqiq, sürətli işləmə bacarığı və məsuliyyətli olmalı
- Müştərilərlə işləmək bacarığı (etiket qaydalarına riayət etməli)
- Gündəlik verilən dizayn tapşırıqlarının yerinə yetirilməsi və sistemli şəkildə işləmək bacarığı
- Ünsiyyətcil və komandada işləmə bacarığı
- Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər
İŞ BARƏDƏ MƏLUMAT:
- Poliqrafiya və Reklam məhsullarının (vizitkart, buklet, kataloq, müxtəlif növ iç və çöl reklamları və s. məhsulların) dizayn olunması
- İşçi əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir
- İş qrafiki: Həftənin 6 günü saat 09:00-18:00 arası (Bazar günü istirahət), Nahar fasiləsi saat 13:00-14:00 arası.
- Ünvan: Nəsimi r., Hüseynbala Əliyev 19A (M.Əcəmi m/st. yaxınlığı)
- Namizədlərdən şəkilli “CV” lərini qeyd olunmuş elektron poçt ünvanına (hr@envixprint.az) göndərməkləri tələb olunur.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...