Qrafik dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gabala Hospitality Group Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Bütün növ qrafik dizaynların hazırlanması (çap materialları və çöl reklamları, sosial media postları);
  • Brendyaratma, konsepsiya çalışmaları. Brend standartlarının təyin edilməsi və istehsal prosesində və tətbiq edilmədə bu standartların qorunmasının yoxlanılması;
  • Veb dizayn;
  • Materialların dəqiq planlanılması üçün komanda üzvləri, menecment və sorğu göndərən tərəflə işlərin koordinasiyası;
  • Sorğunu dəqiq başa düşərək gözlənilən nəticəyə uyğun yaradıcı və praktik həllərin təqdim edilməsi;
  • Tapşırıqların cari statusu haqqında komanda üzvləri və menecmentin məlumatlandırması;
  • Hazırlanmış dizayn layihələrinin təkmilləşdirilməsi üçün düzəlişlərin edilməsi;
  • Dizayn trendləri və alətlərinin izlənilməsi və komandanın bu barədə məlumatlandırması;
  • Diyzanların spesifikasiyasını üçüncü tərəflərlə bölüşülməsi və standartların izah olunması;
  • Departamentin ümumi fəaliyyəti ilə əlaqədar bu siyahıda qeyd olunmayan digər tapşırıqlar.

Tələb Olunan Bi̇li̇k, Bacarıq Və Təcrübə:

  • Zamanlamaya dair peşəkar yanaşma nümayiş etdirmə bacarığı – Punktuallıq
  • Reklam agentliyi, dijital agentlik və ya şirkətdaxili komandalarda 2 ildən çox qrafik/motion/web dizayn təcrübəsi;
  • Dizayn proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign, XD), Figma – əla səviyyədə; Adobe Premier, After Effects və Blender istifadə təcrübəsi əlavə üstünlükdür)
  • Araşdırmaçı, yaradıcı və innovativ xarakter;
  • Detallara diqqət etmək bacarığı;
  • Dizayn trendlərini anlamaq və onların kommersiya yönümlü dizaynlarda tətbiqi bacarığı;
  • Eyni anda bir neçə tapşırıq və layihəyə cəlb olunmaq (Multitasking)
  • Çap-mətbəə işi, Foto/video çəkilişi, haqqında məlumatlı olmaq və 3D/Motion dizayn bacarığı üstünlükdür.
  • Komandada işləmək bacarığı;

Seçim prosesi:

  • CV və portfolio ilə müraciət;
  • Test tapşırıqları;
  • Müsahibə.

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan xanım və bəy namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində işin adı (Qrafik dizayner) göstərilməklə elektron poçtuna göndərmələri xahiş olunur

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
İnteryer və eksteryer dizayner

Madina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...

Madina Group MM MMC

18.11.2024 - Bakı