Qısa məzmun
Ə/h bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir. Superfon şirkəti Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
- Studiada məhsulların fotosunu çəkərək reklam postlarının hazırlanması;
- Sosial media üçün kreativ dizaynların və məhsul dizaynlarının hazırlanması;
- Marketinq layihələrinin vizuallaşdırılması;
- Çöl reklamlarının, daxili bannerlərin, flyerlərin dizaynının hazırlanması;
- Poliqrafik məhsulların hazırlanması;
- Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması;
Tələblər:
- Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
- Tanınmış brendlərlə və ya bu sahədə ixtisaslaşmış agentlikdə təcrübə üstünlükdür
- Photoshop, Adobe Illustrator və İndesign proqramlarını yüksək səviyyədə bilməli,
- Koloristikanın əsaslarını bilməli;
- Tipoqrafika anlayışı olmalıdır.
- Detallara qarşı diqqətli olmalıdır.
- Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalıdır
Təminatlar:
- Nahar;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Qrafik Dizayner” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 18.12.22