Qısa məzmun
İnnovasiyalar Mərkəzi MMC Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müxtəlif dizayn işlərini aparmaq;
- Mərkəzin sosial media hesabları üçün kreativ post bannerləri hazırlamaq;
- Promo materiallarını dizayn etmək;
- Korporativ standartlara uyğun olaraq reklam və digər dizayn materiallarını hazırlamaq;
- Son dizayn trendləri ilə işləmək və adaptasiya olmaq.
Tələb edilən bilik, bacarıq və təcrübə:
- “Adobe Photoshop”, “Adobe İllustrator”, 3DS max və digər dizayn proqramları ilə işləməyi bacarmalı;
- İşinə yaradıcı və təşəbbüskar yanaşmalı;
- Stresə davamlı, yüksək ünsiyyət və komandada işləmək bacarığına sahib olmalı;
- Minimum 2 il iş təcrübəsi olmalı;
- Daim öyrənmək və inkişaf etməyə meyilli olmalı.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- Əmək haqqı namizədə görə müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini 12.03.2023-cü il tarixinədək elektron ünvanına email-in mövzu hissəsində “qrafik dizayner” yazaraq göndərmələri xahiş olunur.
Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...