Qısa məzmun
Ə/h 700-1000 AZN. AzPrint Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Digital format və ya web üzərndə Portfoliosu olmayan məktublara baxılmayacaq.
İş barədə məlumat :
- Şirkət poliqrafiya, promo və reklam məhsullarının hazırlanması sahəsində fəaliyyət göstərir
- Poliqrafiya, reklam məhsullarının (flayer, buklet, kataloq, vizitkart, kağız çanta, işıqlı oyma, qabarıq reklamlar və digər məhsulların) dizayn olunması
- Loqo, korporativ stilin yığılması
- Şirkətdaxili lazımi dizaynların hazırlanması
- Işçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir
- İş qrafiki: həftənin 6 günü, saat 09:00-dan 18:00-adək (Bazar günü istirahət)
- Nahar fasiləsi: 13:00-dan 14:00-adək
- Əmək haqqı : 700-1000 azn ( müsahibə əsasında qərar veriləcək ).
- Ünvan: Bakı ş., Arif Heydərov 25 A (Nərimanov m/st. yaxınlığı).
Tələblər:
- Təhsil dərəcəsi: Ali
- Yaş həddi: 20-40
- Poliqrafiya sahəsində minimum 2 il iş təcrübəsi olmalı
- CorelDRAW və Adobe Photoshop proqramlarını əla səviyyədə bilməli
- Kreativlik və yaradıcılıq qabiliyyəti olmalı
- Poliqrafiya və reklam üzrə texniki məlumatlara malik olmalı
- Çap avadanlıqlarının iş prinsipindən məlumatlı olmalı
- Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklər
- Dəqiq, sürətli işləmə bacarığı və məsuliyyətli olmalı
- Ünsiyyətcil və komandada işləmə bacarığı
- Gündəlik verilən dizayn tapşırıqlarının yerinə yetirilməsi və sistemli şəkildə işləmək bacarığı
- Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr@azprint.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...