Qrafik dizayn üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AccessBank Qrafik dizayn üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Marketinq kampaniyalarına həm yaradıcı, həm də vizual həllərin verilməsi (qrafik, infoqrafika, illustrasiya, 2D / 3D animasiya, hərəkətli qrafik videolar);
  • Ənənəvi və rəqəmsal marketinq kanalları üçün vizualların hazırlanması;
  • Bank tərəfindən hazırlanmış bütün vizual materiallara nəzarət edilməsi və onların brend üzrə tələblərə uyğun olmasının təmin edilməsi;
  • Xarici kampaniyaların brendin nüfuzu, zahiri görünüşü və məntiqinə (look & feel) uyğun aparılmasına dair məsləhətlər verməklə kommunikasiya planlarının həyata keçirilməsinə töhfə verilməsi;
  • Çap materiallarının vizuallaşdırılması və çapa hazırlığını təmin edilməsi;
  • Korporativ stilin elementlərinin hazırlanması;
  • Video və foto montaj;
  • Brendbukun təlimatlarına əsaslanan vahid korporativ dizaynın hazırlanması və həmin korporativ dizaynın Bankın daxili proqram təminatı və məhsullarına daxil edilməsi;
  • Yeniliklərin və trendlərin təqib edilməsi və yeni idealar təklif edilməsi.

Tələblər

  • Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili bilikləri üstünlükdür;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Proqram bilikləri: Adobe İllustrator, Adobe Photoshop, Adobe after Effects, Adobe Premiere, Autodesk 3D’s Max / Blender / Cinema 4D, Microsoft Power Point, Microsoft Word.
  • Brandbookla işləmə təcrübəsi və bacarığı;
  • Hər növ çap materialları və rəqəmsal məhsullarla işləmə bacarığı;
  • Kreativ düşüncə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Layihələri idarə etmək bacarığı;
  • Dəqiqlik, məsuliyyət və dürüstlük .

Link: https://qlor.me/ltsnlg2l31

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
İnteryer və eksteryer dizayner

Madina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...

Madina Group MM MMC

18.11.2024 - Bakı