Qısa məzmun
İnci Group of Companies Qablaşdırma Dizaynı Üzrə Qrafik Dizayner vakansiyasını elan edir.
Axtardığımız Namizəd:
- Ali təhsil (Dizayn, Qrafika və ya müvafiq sahə);
- Yaş: 20-35;
- Corel Draw və Adobe Photoshop proqramlarını mükəmməl bilən;
- Qablaşdırma dizaynı və çap prosesi ilə bağlı biliklərə malik olmalı;
- Çapa hazırlıq mərhələsi və çap texnologiyaları üzrə biliklərə sahib olmalı.
*Bacarıqlardan asılı olaraq tələblərdə güzəştə gedilə bilər.
Sizinlə Nələr Etmək İstəyirik?
- Yaradıcılıq: Müxtəlif məhsullar üçün qablaşdırma dizaynlarını hazırlayaraq, markamızın vizual kimliyini gücləndirin.
- İşbirliyi: Komanda ilə birgə çalışaraq, gündəlik dizayn işlərini yerinə yetirin və yeni ideyalar təklif edin.
- İnkişaf: Çap olunacaq qablaşdırma məhsullarının çapa hazırlanmasında aktiv rol oynayın.
İş Şəraiti:
- Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
- 5 günlük iş qrafiki:
- Əmək haqqı: müsahibə əsasında təyin olunur.
- Nahar ilə təminat;
- İş yerinə nəqliyyat xidməti;
- İş yeri: Bakı şəhəri, Ulduz metrosu yaxınlığında.
Sizi Gözləyirik!
Əgər qablaşdırma dizaynında fərqlənmək və komanda ruhunun bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi və mütləq Portfolio-nuzu hr.inci@inci.az elektron poçtuna “Qablaşdırma Dizaynı üzrə Qrafik Dizayner” mövzusu ilə göndərin. Alternativ olaraq, 077-441-56-22 nömrəsinə WhatsApp-da yaza bilərsiniz.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...