Qrafik Dizayner
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Superfon Kontent Qrafik Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Qrafik Dizayner

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 3 il
Təhsil: Ali

Vəzifə öhdəlikləri:

  • Marketinq layihələrinin vizuallaşdırılması;
  • Sosial media üçün kreativ dizaynların və məhsul dizaynlarının hazırlanması;
  • Çöl reklamlarının, daxili bannerlərin, flyerlərin dizaynının hazırlanması;
  • Poliqrafik məhsulların hazırlanması;
  • Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması.

Tələblər:

  • Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
  • Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi;
  • Koloristikanın əsaslarını bilməli;
  • Tipoqrafika anlayışı olmalıdır;
  • Tapşırıq üzrə kreativ və funksional həllər təklif etməyi bacarmalıdır;
  • Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalıdır;
  • Tanınmış brendlərlə və ya bu sahədə ixtisaslaşmış agentlikdə təcrübə üstünlükdür.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Qrafik Dizayner” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 31.08.2021

Oxşar vakansiya siyahısı:

1200₼
Senior qrafik və motion dizayner

Bonamed MMC Senior qrafik və motion dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...

Bonamed MMC

01.04.2025 - Bakı