Qısa məzmun
Landau School Qəbul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir:
- Onlayn qeydiyyat prosesinin idarə edilməsi
- Qəbul proseduru, tələblər, seçimlər və uyğunluq haqqında potensial müraciət edənlərə məlumatın verilməsi və qeydiyyat prosesində onlara kömək
- Qəbul suallarının şəxsən, telefonla, e-poçtla cavablandırılması
- Məktəbə qəbul tədbirləri, açıq günlər, məlumat sessiyaları, məktəb ziyarətlərinin təşkili
- Şagirdlərin məlumat bazasına nəzarət edilməsi
- Daxil olan ərizələrin və sənədlərin idarə edilməsi
- İmtahanların təşkili
- İmtahan nəticələrinin toplanması və nəticələrin bazaya daxil edilməsi
- İmtahan nəticələri haqqında bütün valideynlərin məlumatlandırılması
- Uğurlu namizədlərlə müsahibələrin təşkili
- Müqavilələrin hazırlanması, bağlanması və yenilənməsi
- Təhsil haqqının vaxtlı-vaxtında ödənilməsinə nəzarət edilməsi
Tələblər:
- Ali təhsil
- Tələbə və valideynlərlə iş təcrübəsi üstünlükdür
- Təşkilatçılıq bacarığı
- Komandada işləmək, stressə davamlı olmaq və yüksək səviyyədə ünsiyyət bacarıqları
- Detallara diqqətli olmaq
- İşinə qarşı tələbkar və operativ olmaq
- Dil bilikləri: Azərbaycan və rus dili sərbəst, ingilis dili arzuolunandır
- Microsoft Office proqramlarını (Word, Excel) yaxşı səviyyədə bilmək
https://glorri.com/landauschool/638861178cfac601930d27be-Q%C9%99bul%20%C3%BCzr%C9%99%20menecer?
Oxşar vakansiya siyahısı:
İngilis dili müəllimi
Flag Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir ...