Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Norm LLC Quyu-tamponaj sementi sınaqlar üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. Sement xammalları haqda əsas biliklər tələb olunur.
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Quyu-tamponaj sementi sınaqlar üzrə laborant vakansiyası üzrə namizəd axtarılır.
Tələblər:
- Texniki sahədə ali təhsil
- MS Office Excel proqramı başlanğıc səviyyə üzrə biliklər
- 0-1 il tikinti materialları sahəsində iş təcrübəsi
- Cihazların yoxlama və kalibrləməsinin aparılma qaydası haqda biliklər
- API 10 A standartları haqda biliklər
- Sement xammalları haqda əsas biliklər
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Vəzifə və Öhdəliklər:
- Sement nümunələrinin fiziki-mexaniki analizlərini təlimata uyğun yerinə yetirmək və alınan nəticələri müvafiq cədvəllərə qeyd etmək
- Analiz nəticələrinin standartın tələbinə və daxili hədəflərə uyğun olub olmadığına nəzarət etmək, uyğunsuzluq aşkar edilərsə dərhal birbaşa rəhbərinə məlumat vermək
- Laboratoriyada istifadə olunan cihaz və alətlərin doğruluğunu təlimata uyğun yoxlamaq və bununla bağlı müvafiq formalarda qeydiyyatlar aparmaq
- Laboratoriyanın şəraitinin nümunə saxlanması və analiz aparılması üçün API 10 A standartlarına əsasən uyğunluğunun təmini
- Laboratoriyadaki cihaz və avadanlıqların Kalibrləmə və Yoxlama Planına əsasən dövri yoxlamalarını həyata keçirmək
- Laboratoriyaya gələn nümunələrin vaciblik dərəcəsinə görə testlərinin aparılması
- API 10 A standartını mütəmadi izləmək və standartda dəyişiklik olunduqda laboratoriyayadaki analiz və yoxlamalara yeni tələbləri tətbiq etmək
- KNP-də yer alan tezliyə görə quyu-tamponaj klinkerindən mütəmadi nümunələr almaq və bütün analizlərinin həyata keçirilməsini təşkil etmək
- Cihazlarda və ya alətlərdə meydana gələn problemləri təyini və birbaşa rəhbərə məlumat verilməsi
- Analizlərdə istifadə olunan maddələrin və alətlərin miqdarına nəzarət etmək və sifarişi ilə bağlı müvafiq birbaşa rəhbərə məlumat vermək
- APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun hazırlanmış sənədlərin istifadəsi
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...