Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Qəza komissarları şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurmaq bacarığı olmalıdır.
Vəzifə və Öhdəliklər:
- Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
- Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
- Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrini qəbul edərək tərəflər arasında imzalanmış müqavilə əsasında mübahisəli məqamları araşdıraraq tənzimlənməsi;
- Tabeçiliyində olan əməkdaşlardan sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
- Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
- Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına nəzarət edilməsi;
- Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
- Sığorta dələduzluğu faktı aşkarlandığı təqdirdə məlumatın birbaşa departament rəhbərinə və müvafiq departamentin əməkdaşlarına ötürülməsi;
- Hadisə barəsində məlumatı birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;
- Aylıq olaraq sığorta hadisələri üzrə hesabatı və digər hesabatları rəhbərliyə təqdim etmək;
- Səlahiyyətli dövlət orqanları və digər qurumlar ilə danışıq və kommunikasiyaların qurulması;
- Birbaşa rəhbərin digər tapşırıqlarınının yerinə yetirilməsi.
BİLİKLƏR:
- Ali təhsil;
- Şirkətdə fəaliyyətdə olan sığorta qaydalarını bilmək;
- YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi hqqında texniki bilik;
- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst istifadə etmə bacarığı, ingilis dilinin işlək səviyyədə olması.
TƏCRÜBƏ:
- İdarəetmə sahəsində və həmçinin sığorta sahəsində 3 il iş təcrübəsi.
BACARIQLAR:
- Ünsiyyət qurmaq bacarığı;
- Problemlərin həlli bacarığı;
- Komanda ilə işləmək bacarığı,
- Liderlik;
- Əməkdaşları daha yaradıcı işə təlqin etmək;
- Müştərilərlə iş üsulları biliyi.
Son müraciət tarixi: 15 sentyabr, 2020-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...