Receiving clerk
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Lankaran Springs Wellness Resort Mal qəbulu üzrə köməkçi vəzifəsi üzrə vakansiya elan edir.

Ən yeni sağlamlıq-kurort kompleksi olan “LANKARAN SPRINGS WELLNESS RESORT” Azərbaycanın ən gözəl guşələrindən biri Lənkəran şəhərinin Haftoni kəndində, Bakının cənubundan 250 km məsafədə yerləşir “LANKARAN SPRINGS WELLNESS RESORT” dünyanın ən effektiv balneoloji kurortlarından biridir. Bu yer öz unikal müalicəvi qaynaqları “İstisu” ilə məşhurdur. Kompleks dağ-meşə landşaftı ilə əhatə olunub, Xəzər dənizindən cəmi 10 dəqiqəlik və Lənkəran Beynəlxalq Hava Limanından 15 dəqiqəlik məsafədə yerləşir.

“Lankaran Springs & Wellness Resort” Maliyyə şöbəsində, Mal qəbulu üzrə köməkçi (Receiving clerk) vəzifəsi üçün işçi qəbulu elan edir

Əsas Öhdəliklər:

  • Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
  • Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
  • Anbara gətirilən malları gündəlik olaraq qəbul etmək, qeydiyyatını aparmaq
  • Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
  • Verilən mallar üçün prosedura və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
  • Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təmin etmək.
  • Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
  • Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqlar barədə Maliyyə Nəzarətçisinə məlumat vermək.

Tələblər:

  • Yalnız Lənkəranda yaşayan və işləmək iqtidarında olan şəxslər
  • Müvafiq sahədə və ya anbar sahəsində iş təcrübəsi arzuolunandır
  • Otel təcrübəsi olanlara üstünlük veriləcək
  • İlkin ofis proqramlarına tam hakimiyyət, 1C proqramını bilən namizədlərə üstünlük veriləcək
  • Ali təhsil – arzuolunandır

Təklif edirik:

  • Əmək haqqı – 400 AZN
  • Müəssisənin avtobusu ilə daşınma
  • İş vaxtı qidalanma
  • Tam rəsmi qeydiyyat

CV nümunələri “Mal qəbulu üzrə köməkçi və ya Receiving clerk” başlığı ilə hr@lankaransprings.az ünvanına gödərilməlidir.
Yalnız müvafiq başlıqla göndərilən CV-lər dəyərləndiriləcək.

Yalnız seçilmiş namizədlər ilə növbəti mərhələdə müsahibə üçün əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

500₼
Satınalmalar üzrə kiçik mütəxəssis

Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

15.01.2025 - Bakı

500 — 600 ₼
Satınalmalar üzrə aparıcı mütəxəssis

Maple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...

Maple Trading LLC

28.12.2024 - Bakı

1200 — 1500 ₼
Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə)

175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

175 Yükdaşıma və Evakuasiya

27.12.2024 - Bakı

500₼
WMS Operator

Ə/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Logist LLC

25.12.2024 - Bakı