Qısa məzmun
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Receptionist vəzifəsi üzrə vakansiya elan edir.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Agentliyə gələn qonaqların girişdə/reception-da yüksək səviyyədə qarşılanması, onların qeydiyyatının aparılması, məlumatlandırılması və istiqamətləndirilməsi (xüsusi hallarda təyin olunan yerə qədər müşayiət edilməsi);
- zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanması;
- Agentliyin elektron poçt ünvanına daxil olmuş müraciətlərin çeşidlənməsi;
- sənədlərin göndərilməsi və göndəriş reyestlərinin hazırlanması;
- Agentliyə daxil olan telefon zənglərinə cavab verilməsi, öz səlahiyyətləri çərçivəsində sorğuların cavablandırılması və ya zəngləri aidiyyəti üzrə əməkdaşlara yönləndirilməsi;
- Müştəri məmnuniyyətinin ölçülməsi üçün zənglərin edilməsi;
- Respublikanın regionlarına, xarici ölkələrə, mobil nömrələrə edilən zənglərin birləşdirilməsinin təmin edilməsi və həmin zənglərin qeydiyyata alınması;
- Vətəndaşların qəbula yazılması və qəbulun təşkilində iştirak edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil;
- Minimum 1 il iş təcrübəsi;
- Korporativ ünsiyyət qabiliyyəti;
- Problemləri həll etmək, analitik düşünmə bacarığı;
- Dinamik və yeniliklərə açıq;
- Məsuliyyətli və intizamlı,
- Operativlik və gərgin iş rejimində işləmə bacarığı;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);
- MS Office (Word, Excel, Outlook, PowerPoint), elektron sənəd dövriyyəsi proqramlarında sərbəst işləmək bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 27.11.2022-ci il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
600₼
Kadrlar üzrə mütəxəssisAZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə kiçik mütəxəssis
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Resepşn
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
400₼
Operator (Soyuq satis)Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Çağrı mərkəzi üzrə operator
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...