Qısa məzmun
AZMADE Group Qəbul otağı katibi vəzifəsi üzrə vakansiya elan edir. Yaxşı təşkilatçılıq bacarığı olmalıdır.
“AZMADE GROUP” MMC şirkəti Qəbul otağı katibi vəzifəsini tutmaq üçün namizədləri dəvət edir:
İşin təsviri:
- Ofisdə qonaqları qarşılamaq;
- Ofisə gələn telefon zənglərininin qəbul edilməsi və müvafiq işçilərə yönləndirilməsi;
- Daxil olan/göndərilən məktubların idarə olunması;
- Şəxsən və telefon / e-poçt vasitəsi ilə əsas və dəqiq məlumatların təqdim edilməsi;
- Təqvimlərin yenilənməsi və iclas vaxtlarının təyin edilməsi;
- İclas otağları üçün daxil olan sifarişlərin idarə edilməsi;
- Tələb olunduqda görüşlərin/iclasların təşkili;
- İnsan Resursları Departamentinin gündəlik tapşırıqlarının yetirilməsində komandaya köməklik etmək;
- Sənədlərin fayllaşdırılması, surətlərin icrası və s. kimi digər katiblik vəzifələrini yerinə yetirmək;
- İnsan Resursları Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil dərəcəsi
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları
- Qəbul otağı katibi kimi iş təcrübəsi üstünlük təşkil edir
- Microsoft Office proqramlarında səriştəlilik
- Ofis avadanlığı ilə praktik təcrübə
- Peşəkar münasibət və xarici görünüş
- Məsələlər yarandıqda bacarıqlı və təşəbbüskar olmaq bacarığı
- Yaxşı təşkilatçılıq bacarığı
- Tapşırıqlara müvafiq üstünlük vermək bacarığı ilə çox tapşırıq və vaxt idarə etmə bacarıqları
- Müştəri xidmətinə yönüllü professional yanaşma
- Office İdarəetməsində əlavə sertifikatın mövcudluğu üstünlük təşkil edəcək
Necə müraciət etmək:
Maraqlanan namizədlər CV-ləri recruitment@azmade.az e-mail ünvanına göndərə bilərlər;
Elektron məktubun “Mövzu” hissəsində “Qəbul otağı katibi” vəzifəsi qeyd edilməlidir; CV-lər ən gec 31 may 2021-ci il tarixinədək göndərilməlidir.
Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırılmasına əsasən uğur qazanan namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar görüşə dəvət ediləcəklər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...