Qısa məzmun
Sinteks Group of Companies Recruitment Specialist vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili yaxşı səviyyədə bilməlidir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda İşə Qəbul üzrə Mütəxəssis tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu, namizədləri meyarlarına əsasən vakansiyalara uyğun yerləşdirmək və razılaşdırılmış müddətdə boş vəzifəni bağlamaqdır.
Vəzifə öhdəlikləri:
- ERP-dəki vakansiyaları nəzərdən keçirir və işə qəbul prosesini dəqiqləşdirir
- İşə Qəbulu Meneceri ilə iş təsvirini və işə qəbul meyarlarını nəzərdən keçirir
- İş elanı hazırlayır və müəyyən edilmiş mənbələrdə iş elanı yerləşdirir
- Tələb olunan meyarlara əsasən CV-ləri nəzərdən keçirir
- Namizədlərlə ilkin müsahibələr təşkil edir
- Seçilən namizədləri təqdim edir və Menecer ilə müsahibədə iştirak edir
- İşə götürən şəxsin iş yerlərini yoxlayır, ERP-dəki vəzifəsini bağlayır və iş təklifini göndərir
- CV-lər bazasını nəzərdən keçirir və yeniləyir
- Sinteks Karyera Sosial Media Hesablarını idarə edir
Əsas tələblər:
- Təhsil:
- Ali Təhsil (Biznesin İdarəolunması və İnsan Resurslarının İdarəolunması üzrə dərəcələr üstünlükdür)
- Təcrübə:
- İşə Qəbul üzrə ən azı 2 illik təcrübə
- Professional biliklər:
- İşə qəbul prosesi
- İşə götürmə mənbələri
- İngilis və Rus dilləri üzrə yaxşı biliklər
- MS Office
- Professional bacarıqlar və kompetensiyalar:
- Müsahibə aparmaq bacarığı
- Tədqiqat bacarıqları
- Ünsiyyət bacarıqları
- Nəticə yönümlü
- Zamanın idarə olunması
- Analitik bacarıq
- Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Recruitment Specialist” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...