Qısa məzmun
Matanat A şirkəti Recruitment Specialist vəzifəsi üzrə vakansiya elan edir.
Əgər siz maraqlı insanlar və peşəkarlarla bir komandada işləmək istəyirsinizsə, işə qəbul sahəsində işləyirsinizsə və bunu bəyənirsinizsə, insanlarla ünsiyyət sizə ancaq həzz gətirirsə – o zaman bizə xoş gəlmisiniz. Biz Sizə #Sezar olmağı və eyni vaxtda bir neçə istiqamətdə işləməyi öyrədəcəyik, vakansiya bazasına nəzarət etmək və namizədləri qiymətləndirmək üçün Sizə taktikaları öyrədəcəyik. Biz işə qəbul və namizədlərin qiymətləndirilməsinin müasir konsepsiyalarını öyrədəcəyik.
Yuxarıda göstərilənlərin hamısı sizi maraqlandırır?
Vəzifə öhdəlikləri:
- Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
- Şirkətin işə qəbul siyasətinə uyğun olaraq, işə qəbul prosesinin aparılması;
- Zərurət olduqda, şöbə müdirlərinə işə qəbul prosesi ilə bağlı tövsiyyələr vermək;
- İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
- Şirkətin əməkdaşlıq etdiyi işə düzəltmə agentliklərinin işlərini koordinasiya etmək;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylər almaq;
- Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.
- İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
- İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- İstirahət: Şənbə və bazar günü.
Tələblər:
- Minimum 3 il iş təcrübəsi (Vəzifə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır)
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan və Rus dili, İngilis dili əla səviyyədə;
- Kompüter bacarıqları: MS Office proqramları;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 gün tam iş qrafiki;
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-lərinizi mövzu sətrində Recruitment Specialist qeyd edərək göndərin.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...