Qısa məzmun
İctimai Televiziya və Radio Yayımları Şirkəti Redaktor vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Redaksiyanın müəyyən etdiyi iş qrafiki ilə çalışmaq;
- Redaksiyanın verdiyi tapşırıqları vaxtında və keyfiyyətli formada yerinə yetirmək;
- “kadrın” hazırlanması (tapşırılmış mövzü üzrə mətn hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktor və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);
- “kadr+sinxronun” hazırlanması (tapşırılmış mövzü üzrə sinxronun hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktor və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);
- video materialın hazırlanması zamanı redaktor və müxbirin işinə nəzarət etmək (məzmuna uyğun olaraq montajçı və qrafistlə birlikdə mətnin müasir vasitələrlə (xəritə, infodiaqram və digər qrafik həllər) təmin etmək;
- Canlı yayımın təşkili prosesində iştirak;
- Struktur bölməsinin iş prinsipinə uyğun mövzunun planlaşdırılması;
- Materialın hazırlanması zamanı müsahibin seçilməsi və təsdiqlənməsi;
- Verilişin və xəbər blokunun yığılması, digər verilişlərdə məzmunun formalaşdırılması və montajında iştirak etmək;
- Sujetlərin mətninin yekun olaraq yoxlanılması və təsdiqi;
- Verilişin və xəbər buraxılışının efirə problemsiz getməsini təmin etmək;
- Xəbər axtarışı;
Tələblər
- Müvafiq sahə üzrə 3 il və ya televiziyada 5 il iş təcrübəsi;
- Geniş araşdırma bacarığına sahib olmalı;
- Yazı və danışıq qabiliyyəti;
- Rus və ya ingilis dili biliyi arzu olunandır;
- Siyasi biliklər.
Oxşar vakansiya siyahısı:
Kontent yaradıcısı
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...