Qısa məzmun
Ə/h 500-600 AZN. Avrasiya Tərcümə Mərkəzi Redaktor vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan, Rus dili bilikləri mütləqdir (İngilis arzu olunandı)
İş barədə məlumat:
- Tərcümə olunmuş materialların yoxlanılması
- Mətnlərin düzgün redakte edilməsi
- Mətnlərdə olan qrammatik, leksik, həmçinin üslub səhvlərin aradan qaldırılması
- Zamanın düzgün bölünməsi
- İş şərtləri:
- İş vaxtı 09:00-dan 18:00-dək
- İş günü 5
Namizədə tələblər:
- Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük veriləcəkdir)
- Dil bilikləri: Azərbaycan, Rus dili bilikləri mütləqdir (İngilis arzu olunandı)
- Düzgün qrammatik şifahi və yazılı bacarıq mütləqdir
- Rahat şəkildə Mc Office proqramlarında işləmək bacarığı (Word (Рецензирование), Excel mütləqdir)
- Stressədavamlılıq
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (şəkilsiz CV-lərə baxılmayacaq) cv@avrasiyabaku.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Redaktor” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...