Qısa məzmun
Rabitəbank” ASC Təşkilati şöbənin Referenti vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Banka daxil olan zənglərin cavablandırılması və müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Müxtəlif məktub və sənədlərin qəbulu, qeydiyyatının aparılması, müvafiq strukturlara yönləndirilməsi, aidiyyəti ünvana göndərilməsi və prosesin icrasına nəzarət.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Yüksək kommunikasiya və müştəri yönümlülük;
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı, İngilis dili arzu olunandır;
- Microsoft Office proqramları üzrə biliklər;
- Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
- Məsuliyyətlilik və düzgünlük qabiliyyəti;
- Dəqiqlik və detallara qarşı diqqətli olmaq qabiliyyəti;
- Operativlik və problemləri həll etmək qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Referent” göstərməyiniz xahiş olunur.
- Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...