Qısa məzmun
BOA Agency Referent vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və Rus dillərini sərbəst danışmalıdır.
Vəzifə öhdəlikləri:
- Lazımi sorğu məlumatının operativ axtarışı
- İşgüzar görüşlərin və iclasların təşkili
- Məlumatın təyinatı üzrə ötürülməsi
- Daxil olan telefon zənglərinə cavab vermək
- Direktorun gündəlik tapşırıqlarının yerinə yetirilməsi
- Görüşlərin planlaşdırılması və təşkili
- Müxtəlif məktubların və hesabatların hazırlanması
- Yalnız qadın namizədləri üçün
- Qonaqları qarşılamaq, çay kofe və s. təklif etmək
- Daxil olan və göndərilən məktublara nəzarət etmək, digər ofis daxili idarəetmə işlərinin nəzarətdə saxlanılması
Vakant vəzifə üzrə tələblər:
- Azərbaycan və Rus dillərini sərbəst danışmaq
- Microsoft Office proqramlarında işləməyi bacarmaq
- Ünsiyyətcil, gülərüz olmaq, iş etikasına ciddi əməl etmək
- Operativ işləmə qabiliyyəti
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı
- Karyera və inkişaf perspektivləri
- Əmək müqaviləsi
- İş qrafiki-tam
- İstirahət günü-həftədə 2 gün
- İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Maraqlanan şəxslər öz CV-lərini office@boa.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
Oxşar vakansiya siyahısı:
600₼
İnsan resursları üzrə mütəxəssisSeylab İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...