Qısa məzmun
Competo Region üzrə Korporativ Satış Mütəxəssisi – B2B vəzifəsi üzrə vakansiya eolan edir.
Şirkət haqqında:
Competo (Umico) — son maliyyə və İT texnologiyalarına əsaslanan, pərakəndə banklar və pərakəndə satış şirkətləri ilə çalışan və fərdi şəxslərə maliyyə xidmətləri sahəsində müvəffəqiyyətli biznesin qurulmasında köməklik göstərən innovativ şirkətdir.
Vəzifə – Region üzrə Korporativ Satış Mütəxəssisi – B2B (Lənkəran)
Vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin axtarışı və görüşlərin təyin edilməsi
- Korporativ müştərilərə xidmət və iş təkliflərin təqdim olunması
- Kommersiya təkliflərinin hazırlanması
- Korporativ müştərilərlə müqavilələrin bağlanması
- Rəhbərlikdən verilən tapşırıqların icrası
- Qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi
- Danışıqların aparılması
- Daxili CRM sistemi ilə iş və korporativ müştərilərin məlumat bazasını doldurulması
- Qiymətləndirmədə iştirak, qiymət danışıqlarında psixoloji cəhətlərin öyrənilməsi, qiymətə haqq qazandırma yollarının müəyyənləşdirilməsi
- Müştəri bazasına satış sonrası xidmət və yüksək səviyyəli servisin göstərilməsi
- Uzunmüddətli və aktiv iş üçün müştəri bazasının motivasiyası
- Şirkət tərəfindən göstərilən xidmətlərə ehtiyacın müəyyənləşdirilməsi və rəqiblərin axtarışı üçün bazar və tərəfdaş bazası təhlilinin aparılması
- Göstərilən xidmətlər üçün alıcılar tərəfindən iddia göndərilməsinin səbəblərinin təhlili
- Tərəfdaşlar tərəfindən müqavilə şərtlərinə əməl olunmasının (aktların ödənilməsi) və yüksək keyfiyyətli xidmət göstərilməsinin izlənməsi
- Satış həcminin təhlili, işlərinin nəticələri barədə hesabat hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi
- Tərəfdaşlar kontekstində bağlanmış müqavilələr və satışlar barədə hesabatların aparılması
- Satış, xidmət və bazarlara təqdim edilmə sxemlərinin, metodlarının və texnologiyalarının işlənib hazırlanmasında aktiv komanda iştirakı
- Potensial və baş verən fors-major hadisələr barədə şirkət rəhbərliyini vaxtında məlumatlandırma
- Təqdim etdiyimiz məhsuldakı bütün yeniliklər, əlavə və dəyişikliklər barədə korporativ müştərilərə məlumat vermək
Namizədlərə tələblər:
- Ali təhsil
- Ən azı 3 illik təcrübə
- Azərbaycan dili yüksək, rus dili orta səviyyədə
- Verilən tapşırıqların icrasında məsuliyyət, çalışqanlıq, dəqiqlik
- Stressə davamlılıq
- Vəziyyətə sürətli reaksiya göstərmə qabiliyyəti
İş şəraiti:
- Əmək haqqı: 500 azn (fiks) + 500 azn (bonus hissəsi)
- İş cədvəli – Bazar ertəsi – Cümə, 09:00-18:00
Namizədlərdən xahiş olunur ki, öz CVlərini “Region üzrə Korporativ Satış Mütəxəssisi – B2B (Lənkəran)” mövzu hissəsində göstərilməklə cv@competo.io elektron poçtuna göndərsinlər.
Oxşar vakansiya siyahısı:
İnci Group of Companies Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Super Toys Onlayn Satış üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Korporativ satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
RAM Holding Satış Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...