Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MKT İstehsalat Kommersiya MMC Regional baş nəqliyyat mexaniki vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- “MKT-İK” MMC-nin Regionlarda yerləşən filialların nəqliyyat şöbəsinə rəhbərlik edir;
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini təmin edir, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin olunmasına nəzarət edir;
- Rəhbərlik etdiyi bölgədə kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin təmiri üçün lazım olan ehtiyyat hissələrini bölgüsünü həyata keçirir;
- Mexanizasiya idarəsi tərəfindən tətbiq edilən bütün daxili təlimatların, prosedurların və normativ aktların yerlərdə icra edilməsini təmin edir və sonrakı dövrlərdə bu işə nəzarət edir;
- Bölgə üzrə mexanizatorların, kənd təsərrüfatı texnikasının,qoşqu və aqreqatların iş yükünə görə bölgüsünü həyata keçirir;
- Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsinə texniki nəzarəti təşkil edir;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin edir;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir;
- Təmir işlərinin ardıcıllığını planlaşdırır;
Tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Kənd təsərrüfatı texnikasının və digər nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını və təmir metodlarını bilməlidir;
- Müvafiq sahədə 5 illik iş təcrübəsi;
- Əməyin mühafizəsi,təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
- Regionlarda işləyə bilmək.
Müraciət qaydaları: CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Regional baş nəqliyyat mexaniki” yazmaqla müraciət edilir.
Oxşar vakansiya siyahısı:
400 — 450 ₼
Sürücü köməkçisiAyan MMC şirkəti Sürücü köməkçisi vəzifəsi üzrə vakansiyası elan edir. ...
Əməliyyat üzrə baş mütəxəssis
189 TAXİ Əməliyyat üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Sürücü köməkçisiİnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...