Regional hüquqşünas (İmişli)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Filialın borclu fermerləri ilə mütəmadi iş aparmaq,onlarla borcun ödənilməsi üçün qrafiklər hazırlamaq.
  • Filialın borclu fermerlərinə xəbərdarlıq və pritenziya məktubları hazırlamaq.
  • Filialın borclu fermerlərinin sənədlərini hazırlayıb məhkəməyə təqdim etmək və məhkəmə proseslərində iştirak etəmək.
  • Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək.
  • İddiaların qəbul edilməsində, əsaslandırılmış cavabların hazırlanmasında iştirak etmək.
  • Müəssisə, idarə və təşkilatların bölmələrinin iştirakı ilə mənimsəmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz standartdan kənar komplektləşdirilməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlamaq, icrası qurtarmış məhkəmə işlərinin hesabını və mühafizəsini aparmaq.
  • Təsərrüfat, maliyyə və əmək intizamını möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək. İşçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirmək

 Tələblər:

  • Ali təhsil -hüquşünas
  • Müvafiq sahə üzrə təcrübə arzuolunandır
  • Mülki, inzibati (həmçinin inzibati xətalar) və əmək qanunvericiliyi üzrə məhkəmə proseslərində, hüququn bu sahələri üzrə məhkəmə aktlarının icrası sahəsində təcrübə
  • Dövlət orqanları ilə iş qurmaq bacarığı
  • Məktubların tərtib olunması

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Altı günlük iş həftəsi
  • İş yeri: MKT İK MMC-nin müvafiq filialı
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Regional hüquqşünas (İmişli)” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz. Yalnız qeyd olunan ərazidə yaşayan şəxslərin müraciətləri dəyərləndiriləcək.

Mənbə: jobsearch

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...