Regionlar üzrə Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə – mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Azərbaycan Beynəlxalq Bankı” Kiçik və orta sahibkarlarla iş departamentinin Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə aparıcı mütəxəssis (KOS-Müştəri Meneceri) vakansiyası elan edir.

“Azərbaycan Beynəlxalq Bankı” Kiçik və orta sahibkarlarla iş departamentinin Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (KOS-Müştəri Meneceri) vakansiyası elan edir.

  • Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
  • KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
  • Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
  • KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
  • KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
  • Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;

Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:

  • Gəncə
  • Bərdə
  • Yevlax

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Azərbaycan dilini səlis bilən;
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
  • Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə – mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

1200₼
Aparıcı Mühasib

Pro Con İPro Con İzo Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

27.08.2024 - Bakı

Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

27.08.2024 - Bakı

1200 — 1500 ₼
Maliyyə mütəxəssisi

Super Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

21.08.2024 - Bakı

2000₼
Mühasib

Caspident MMC şirkət Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Caspident MMC

16.08.2024 - Bakı