Reklam işləri üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Universal Poliqraf Reklam işləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Sifarişləri və tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək.
  • İstehsal prosesində işlərin dizayna uyğun icrasını təmin etmək.
  • Yerinə yetirilmiş işlərin keyfiyyətini yoxlamaq.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsal sanitariyası, avadanlıq və alətlərin texniki istismarı qaydalarının yerinə yetirilməsini həyata keçirmək.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • MS Office proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik müştərilərlə ünsiyyət qurmaq bacarığı;
  • Yeni iş mühiti və kollektivə tez uyğunlaşma bacarığı;
  • Daxili nizam-intizam qaydalarına əməl etmək;

Sizə nə təklif edirik?

  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı nümayiş və inkişaf etdirmək imkanı;
  • Reklam sahəsində karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Əlavə təlimlər və reklam sahəsində daha dərin biliklərə yiyələnmək imkanı;
  • Əmək haqqı müsahibə əsasında təyin edilir (bilik və təcrübəyə uyğun artan əmək haqqı)
  • Nahar yeməyi  MMC tərəfindən təmin edilir.

QEYD: əl alətləri ilə işləməyi bacaran və reklam işini sevən, həmçinin bu sahə üzrə uzun müddətli karyera qurmaq istəyən şəxslərə üstünlük veriləcəkdir.

Tələblərə cavab verən namizədlər öz CV-lərini 23 yanvar 2022-ci il tarixədək mövzu hissəsində Reklam üzrə mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilərlər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Məhsul üzrə menecer

Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

17.02.2025 - Bakı