Qısa məzmun
Mətanət A Reklam Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. Şirkətin reklam siyasətinin tərtibatı, onun həyata keçirilməsini bacarmalıdır
Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan «Mətanət A» şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkşaf səviyyəsinə çatmışdır. Ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir.
İşin təsviri:
- Şirkətin reklam siyasətinin tərtibatı, onun həyata keçirilməsi;
- Media planların hazırlanması və onları icrasına nəzarət;
- Sponsorluq paketlərinin araşdırılması, təkliflərin verilməsi;
- Reklam çəkilişlərinin təşkili və iştirak;
- Reklam ssenarilərinin yazılması;
- Dükanüstü, çöl, maşın üstü və s. daxili reklamların təşkili;
- Aylıq, rüblük, yarımillik, illik planların və hesabatların hazırlanması.
- Media partnyorları ilə danışıqların aparılması və prosesin idarə edilməsi.
Əmək haqqı:
- Razılaşma yolu ilə
Təminatlar:
- Nahar ilə təmin edilmə;
Tələblər:
- Ali təhsilli
- 25–35 yaşlarında;
- 3 il iş təcrübəsi;
Qeyd
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini mövzu hissəsində “Reklam Şöbə müdiri” qeyd etməklə hr@matanata.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...