Qısa məzmun
Expressbank ASC Reklam və Marketinq şöbəsi/müdir vəzifəsi üzrə vakansiya elan edir..
Təsvir
- Bankın Reklam, PR və Brend siyasətinin prinsiplərinə uyğun olaraq işin qurulması;
- Reklam işinin operativ, ardıcıl və effektiv təşkili üçün media planın hazırlanmasında iştirak;
- Yeni məhsulların və xidmətllərin tətbiqi prosesində yaxından iştirak edərək, onlarla bağlı reklam kampaniyalarının həyata keçirilməsi;
- Bankın ictimaiyyətlə əlaqələrini tənzimləmək, məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsinin təmin edilməsi;
- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə əlaqələrin qurulması;
- Reklam büdcəsinin işlənib hazırlanmasında iştirak;
- Reklam kampaniyalarının həyata keçirilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və İdarə Heyətinə təqdim edilməsi;
- Rəqiblər, cari və potensial müştərilər haqqında məlumatların toplanması, araşdırılması və təhlilinin aparılmasının təmin edilməsi.
Əlavə məlumatlar:
- İş vaxtı: 09:00-18:00
- İş qrafiki – 5gün
- Əmək haqqı razılaşma əsasında.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər
- Ali təhsil;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq bacarığı;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Kreativlik;
- Ünsiyyət qurmaq bacarığı;
- İşində məsuliyyətlilik.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...