Qısa məzmun
Bakcell Reklamların yerləşdirilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Danışıqlar aparmaq bacarığı olmalıdır.
Vakansiya haqqında:
Funksiya: Marketinq
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 31.05.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Reklam vasitələri strategiyasının icrası
- Reklam yerləşdirməni (TV/Radio) təmin etmək, nəzarət etmək, təsdiqləmək, yoxlamaq
- Media (TV/Radio) yerləşdirmə hesabatlarını (aylıq, rüblük, illik) təqdim etmək
- Media (TV/Radio) xərclərinin büdcəyə uyğun olmasının yoxlanılması, və büdcəyə uyğun xərcləmə
- TV/Radio sponsorluq layihələrinin dəyərləndirilməsi
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali Təhsil
- TV/Radio reklamlarının yerləşdirilməsi sahəsində ən azı 2 il iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Azərbaycan və İngilis dilləri
- Yaxş ünsiyyət bacarığı
- Danışıqlar aparmaq bacarığı
- Liderlik qabiliyyəti
- Analitik qabiliyyət
- MS Office proqramlarını bilmək
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Reklamların yerləşdirilməsi üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...