Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Halal-P Rəqəmsal Marketinq Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Rəqəmsal marketinq, brend və reklam işi sahəsində iş təcrübəsi bizim üçün vacibdir.
- Bizim kreativ Rəqəmsal Marketinq Menecerimiz, yəni sən, Müştəri yönümlüsən və yazılı və şifahi ünsiyyət bacarıqlarınla yeni şirkətlərin cəlb edilməsi ilə məşğul olursan.
- Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən.
Məsuliyyətlər:
- Brendlərin və portfolio məhsullarının kommunikasiya strategiyalarına uyğun olaraq rəqəmsal marketinq planlarının, kampaniyalarının hazırlanması və həyata keçirilməsini idarə etmək;
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
- Ən yeni və köklü SEO təcrübələrini analiz və tətbiq etmək;
- A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentləri və kanalların effektivliyini təhlil etmək;
- Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi və hər bir yerləşdirmə kanalları (Ödənişli media, mobil, sosial və SEO) üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək;
- Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
- Məhsul və xidmətlərin istifadəçilərinin artımını təmin etmək üçün yeni rəqəmsal kanalları sınaqdan keçirmək.
Bacarıqların:
- Layihələri idarə etmə bacarığı;
- Startap tipli layihələrdən anlayışlı olmaq;
- Komanda işi və əməkdaşlıq etmə bacarığı;
- Azərbaycan və İngilis dillərini səlis bilmək;
- Müxtəlif reklam platformaları və alətləri ilə praktik təcrübə (Google Ads, Facebook Business Manager və s.);
- Analitik platformalarla iş təcrübəsi (Google Analytics, Adjust və s.);
- MS Office proqramlarını bilmək.
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdə aparılır:
- CV – bənzər bir təcrübənin varlığına baxırıq
- Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
- Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq;
- sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq;
- marketinqin əsas prinsipərini araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanın olacaq;
- daha çox partnyor, daha çox layihə cəlb edərək sən daha yaxşı nəticələrə imza ata bilərsən.
- iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;
Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et!
Rəqabətyönümlü əmək haqqı!
Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutma.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...