Qısa məzmun
BERC Group Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və araşdırma qabiliyyətinin olmalıdır.
BERC Group MMC Rəqəmsal marketinq mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.
İş barədə məlumat:
- Facebook Ads, Instagram Ads, Linkedin Ads, Google Search Ads, Google Display Ads və digər platformalardan reklamların idarə olunması;
- Sayta keyfiyyətli trafik çəkəcək böyük açar söz siyahıları hazırlanması, mənfi açar sözlərin tapılması və kampaniyaların açar sözlərə görə optimizasiyanın aparılması;
- Bizneslərin rəqəmsal marketinq strategiyalarının hazırlanması;
- Sosial media marketinq və kontent marketinq layihələrinin həyata keçirilməsi və idarə olunması;
- SEO / SEM, proqramı ilə işlənməsi;
- Google Analytics, Google Adwords, Google Tag Manager, Facebook Pixeldə işləmə;
- Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI) ;
- Korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, CMS və digər alətlərdən istifadə edərək sayta ümumi nəzarətin təşkili;
- Hədəf auditoriyaların müəyyənləşdirilməsi, mövcud və yeni yaradılacaq kampaniyalara görə effektiv hədəfləmələrin aparılması və optimizasiyası;
- Dünya və yerli gündəmdə baş verən yeniklərin, trendlərin izlənməsi və onların işdə tətbiqi;
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
- Marketinq, rəqəmsal marketinq sahəsində müvafiq biliklərin olması;
- Rəqəmsal marketinq sahəsində yenilikləri araşdırıb, təhlil və tətbiq etmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Ana dilini mükəmməl səviyyədə (ingilis dili,türk dili bilgisi üstünlükdür ) bilmək;
- Məsuliyyətli, punktual, həvəsli, operativ olması;
- Analitik düşünmə və araşdırma qabiliyyətinin olması;
- BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Korporativ nömrə və danışıq paketi;
- İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
- Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 31.05.2022-ci il tarixinədək hr@bercgroup.az elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “rəqəmsal marketinq mütəxəssisi” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Şirkət haqqında
- İdarəetmə (Private Equty Firm) və çoxsahəli konsaltinq şirkəti olaraq BERC Group MMC 2016 -cı ildə təsis olunub. Şirkət müəssisələrin və layihələrin idarəedilməsi xidməti, fərdi sahibkarlara və şirkətlərə vergi-maliyyə, insan resursları, gömrük, logistika, hüquq, digital marketiq istiqamətləri üzrə çoxşaxəli məsləhət xidmətləri göstərən bir şirkətdir.
- Veb sayt : www.bercgroup.az
- Ünvan: Bakı şəh, Nəsimi rayonu,Tbilisi prospekti, 3007-ci məhəllə, 44C
- Əlaqə nömrəsi: +994 12 555 14 85, +994 50 555 14 85
Oxşar vakansiya siyahısı:
500 — 601 ₼
SMM mütəxəssisKepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Məhsul üzrə menecerKontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...