Qısa məzmun
Ferrum Capital şirkəti Rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Hansı özəlliklərə malik olmalıdır?
- Yüksək səviyyədə azərbaycan, rus dili;
- Yüksək şifahi və yazılı ünsiyyət qabiliyyəti;
- Kreativ yanaşma;
- Analiz etmə və araşdırma qabiliyyəti.
Rəqəmsal marketinq üzrə mütəxəssis nə iş görür?
- Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi;
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuların şirkətin adından korporativ etika çərçivəsində cavablandırılması;
- Sosial media üçün aylıq post planının hazırlanması;
- Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
- Sosial media postları üçün kontentlərin hazırlanması;
- Səhifənin aylıq hesabatlarının hazırlanması;
- Görülmüş işlərlə bağlı hesabatların rəhbərliyə təqdim olunması;
- Rəqəmsal marketinqdə yeniliklərin araşdırılması və tətbiq edilməsi;
- Müştəri yönümlü olması üçün şirkətin rəqəmsal fəaliyyətinin daim optimallaşdırılması;
- İstifadəçi davranışının analiz edilməsi;
- İnternet səhifəsinin və axtarış motorunun optimallaşdırılması.
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Rəqəmsal Marketinq Mütəxəssisi” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...