Qısa məzmun
Azerbaijan Fish Farm Rəqəmsal Marketinq üzrə Menecer vəzəifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Marketinq və ya Biznes idarəçiliyi üzrə);
- 1-3 il Rəqəmsal marketinq üzrə iş təcrübəsi;
- Rəqəmsal marketinq üzrə müvafiq sertifikatlar;
- Sosial şəbəkələr, SEO, kontentin idarə edilməsi, dizayn proqramları;
- Azərbaycan dili, İngilis dili, Rus dili;
- Satış, İstehsalat sahəsində təcrübə arzuolunandır;
- Yüksək analitik qabiliyyət;
- Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
- Mükəmməl təşkilati və vaxt idarə etmə bacarıqları;
- Yerli bazarı bilmək və araşdırmaq;
- CRM, SMM, PR və rəqəmsal reklam sahələrində geniş təcrübəyə malik olmaq.
Vəzifə üzrə öhdəliklər:
- Qlobal rəqəmsal marketinq strategiyasının formalaşdırılması habelə rəqəmsal aktivlərin (vebsayt, SMM, SEO, reklam kampaniyaları) idarə edilməsi və inkişaf etdirilməsi;
- Sosial şəbəkələrin idarə olunmasının təşkil edilməsi;
- Sosial media kanalları üzrə kontent planının hazırlanması və təqvimə uyğun yerləşdirilməsi;
- Şirkətin internet saytlarının idarə edilməsi (mütəmadi olaraq saytın auditini həyata keçirmək, ehtiyac duyulan kontent və UI/UX dizayn dəyişikliklərinin icrasını təşkil etmək );
- Ödənişli media, mobil, sosial və SEO vasitəsilə yeni müştərilər əldə etmək üçün ilkin plan və strategiyanın həyata keçirilməsi;
- Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və reklam kampaniyaları üçün büdcələrin hazırlanması, monitorinqinin aparılması;
- A/B testi daxil olmaqla, yeni yanaşmaların, istifadəçi seqmentlərinin və imkanlarının müəyyən edilməsi;
- Bütün rəqəmsal marketinq kampaniyalarının, axtarış nəticələrinin performansının ölçülməsi, hesabat verilmsəi və hədəflərə (ROI və KPI) görə qiymətləndirilməsi;
- Qarşıya qoyulan məqsədlərə daha yaxşı nail olmaq üçün veb – analitika panellərinə nəzarət edilməsi, hesabatlar hazırlanması və əsas təkmilləşdirmə sahələrinin vurğulanması;
- Foto və videoçəkilişlərin təşkil edilməsi;
- Rəqəmsal marketinq fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə podratçı şirkətlərlə (agentlik, təçhizatşı) işin koordinasiya edilməsi (tender, qiymətləndirmə, müqavilə, yekun sənədlər);
- Sahə üzrə trendlərin və son texnologiyaların müəyyən edilməsi;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
- Əlavə: Mobil telefon və korporativ nömrə
Vakansiyaya müraciət üçün CV-ləri “Rəqəmsal Marketinq üzrə Menecer” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...