Qısa məzmun
AZDIZAYN GROUP Rəqəmsal marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Haqqımızda
“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.
Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.
Rəqəmsal marketinq mütəxəssisi :
Namizədə olan tələblər:
- Ali təhsil;
- Marketinq sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili (Rus dili üstünlükdür)
- Kompüter bilikləri (MS Office, Micro,Diz);
- Planlama bacarığı,
- Təşəbbüskar,
- Yenilikçi, punktual və kreativ ,
- İşə yaradıcı yanaşma
- Tədqiqat bacarığı,
İş haqqında məlumat:
- Rəqəmsal marketinq mütəxəssisi rəqəmsal marketinq taktikalarından istifadə etməklə müştəri bazasının artırılmasına məsuliyyət daşıyacaq. Bu rol müştəri müraciətlərinin sayını artırmaq və onları real müştəriyə çevirmək məqsədli rəqəmsal marketinq kampaniyalarının eləcə də, sosial medya, websayt və axtarış strategiyasının, hazirlanmasına və icrasina cavabdeh olacaq.
- Biznes ehtiyacları əsasında rəqəmsal marketinq kampaniyaları yaratmaq, idarə etmək və optimallaşdırmaq;
- Mobil telefon vasitəsilə təqdimatçıların günlük videolar çəkməsini təmin etmək (Capcut və digər proqramlar vasitəsilə montaj etmək),
- Meta Ads idarə edə bilmək,
- Müvafiq məhsul və şirkət kommunikasiyasını və brend reputasiyasını təmin etmək üçün sosial media kanallarını, korporativ vebsaytı idarə etmək və yeniləmək;
- Rəqəmsal marketinq təqvimini idarə etmək;
- Satış kampaniyalarının onlayn və oflayn konvertasiyasını izləmək və hesabat vermək;
- Rəqəmsal marketinq aktivlərini yaratmaq və idarə etmək;
- Marketinq fəaliyyətlərinin effektivliyini mütəmadi olaraq ölçmək və hesabat vermək;
- Rəhbərliyin istədiyi hesabatların verilməsi
İş şəraiti:
- 6 günlük iş həftəsi ;
- Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə;
- Nahar verilir;
- Əmək haqqı -700-1000 manat
Vakansiyaya müraciət üçün CV-ləri “Rəqəmsal marketinq mütəxəssisi” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...