Qısa məzmun
Bonamed Rəqəmsal Marketinq Mütəxəssisi (part-time) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Satışın artmasına təsir edən Sosial Media planının hazırlanması və icrasına nəzarət etmək;
- Təsdiq edilmiş plan əsasında targetə uyğun reklamları yerləşdirmək və izləmək;
- Hədəf kütlənin təyini və analizi;
- Reklam platformalarının (Google Ads, Facebook Ads və.s) istifadəsi və tətbiq olunması;
- Səhifələrlə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Sosial media reklamları və büdcəsinin idarə edilməsi;
- Sosial media strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Rəqəmsal kanallar vasitəsi ilə şirkət brendinin və məhsullarının potensial hədəf kütləsinə çatdırılmasını təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Yaş: 23-40;
- Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti (İngilis və ya Rus dilində araşdırma bacarığı);
- Sahə üzrə iş təcrübəsi – 2 ildən artıq;
- MS Office proqramlarında və İnternet resursları ilə işləmə bacarığı;
- Sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik, yeni trendlərdən xəbərdar olmaq;
- Kreativ düşüncə, təşəbbüskarlıq, operativlik mütləqdir;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- Əmək haqqı: 500 AZN,
- İş günləri: I-V günlər; VI (homeoffice)
- İş saatı: 09:00-14:00 (flexible)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini cv@bonamed.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Rəqəmsal Marketinq Mütəxəssis” qeyd etmələri xahiş olunur.