Qısa məzmun
BERC Group şirkəti Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Facebook Ads, Instagram Ads, Linkedin Ads, Google Search Ads, Google Display Ads və digər platformalardan reklamların idarə olunması;
- Sayta keyfiyyətli trafik çəkəcək böyük açar söz siyahıları hazırlanması, mənfi açar sözlərin tapılması və kampaniyaların açar sözlərə görə optimizasiyanın aparılması;
- Bizneslərin rəqəmsal marketinq strategiyalarının hazırlanması;
- Sosial media marketinq və kontent marketinq layihələrinin həyata keçirilməsi və idarə olunması;
- SEO / SEM, proqramı ilə işlənməsi;
- Google Analytics, Google Adwords, Google Tag Manager, Facebook Pixeldə işləmə;
- Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI) ;
- Korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, CMS və digər alətlərdən istifadə edərək sayta ümumi nəzarətin təşkili;
- Hədəf auditoriyaların müəyyənləşdirilməsi, mövcud və yeni yaradılacaq kampaniyalara görə effektiv hədəfləmələrin aparılması və optimizasiyası;
- Dünya və yerli gündəmdə baş verən yeniklərin, trendlərin izlənməsi və onların işdə tətbiqi;
Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
- Marketinq, rəqəmsal marketinq sahəsində müvafiq biliklərin olması;
- Rəqəmsal marketinq sahəsində yenilikləri araşdırıb, təhlil və tətbiq etmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Ana dilini mükəmməl səviyyədə (ingilis dili,türk dili bilgisi üstünlükdür ) bilmək;
- Məsuliyyətli, punktual, həvəsli, operativ olması;
- Analitik düşünmə və araşdırma qabiliyyətinin olması;
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Korporativ nömrə və danışıq paketi;
- İdman güzəştləri (Cəmiyyətin ofisində fəaliyyət göstərən fitnes mərkəzdən istifadə imkanı) ;
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 31.05.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “rəqəmsal marketinq mütəxəssisi” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...