Qısa məzmun
Qafqaz NET LLC Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən az 1 (bir) il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili – işgüzar səviyyədə, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (Excel, Word və Outlook, Figma, Canva, Adobe XD proqramlarında yüksək səviyyədə istifadə bacarığı);
- Komandada işləmək bacarığı;
- Müvafiq sahə üzrə peşakar sertifikatların olması arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Marka / məhsul / xidmət üzrə sosial şəbəkə hesablarının idarə etmək;
- Məzmun təqvimini hazırlamaq ;
- Sosial media hesabları üzrə büdcə planlamasını həyata keçirmək ;
- Rəqib analizini aparmaq ;
- Tendesiyaların, ideyaların müəyyənləşdirilməsi və onlara əsasən fəliyyətin optimallaşdırılmasını həyata keçirmək;
- Rəhbərlik və müştərilər üçün hesabatları hazırlamaq;
- Marketinq bazası, e-poçt və nümayişli reklam kampaniyaları da daxil olmaqla, şirkətin rəqəmsal marketinq şöbəsinin bütün aspektlərinin layihələndirilməsi və nəzarət edilməsini təşkil etmək;
- Şirkətin strategiyasını nəzərə almaqla, təqdim olunan xidmət və məhsulların potensial müştəri ehtiyaclarına yönəlik marketinq planlamalarını həyata keçirmək;
- Şirkətin rəqəmsal strateji planlamalarını nəzarətdə saxlamaq;
- Kampaniya büdcələrinin planlamaq və nəzarət etmək;
- Bütün marketinq platformalarına yönəlmiş şirkət xərclərinin optimallaşdırmaq;
- Sosial media platformalarına nəzarət etmək;
- Vaxtaşırı müxtəlif rəqəmsal layihələrin (müsabiqələr və hədiyyə kampaniyaları) icra edilməsi və nəzarətdə saxlanılmasını təmin etmək;
- Rəqəmsal marketinq üzrə son tendensiyaların daim nəzarətdə saxlanılması və ehtiyac olduğu halda tətbiq olunmasını təşkil etmək;
- Rəqəmsal marketinq kampaniyalarının effektivliyi haqqında mütəmadi və dəqiq hesabatları hazırlamaq;
- Müxtəlif onlayn kanallar vasitəsilə şirkətin reklam fəaliyyətini həyata keçirmək;
- İnternet üzərindən planlaşdırılma, marketinq məlumat bazası, e-mail, sosial media və display reklam kampaniyalarını həyata keçirirmək;
- Agentliklər və digər satış tərəfdaşları ilə əməkdaşlıq etmək ;
- Kontentin hazırlanması, idarə edilməsi, tərcümə və kopiraytinq üzrə komandanın işinə nəzarət etmək;
- Müvafiq komandalarla əməkdaşlıq edərək, vebsaytların axtarış motorlarına optimizasiyasını (SEO) təmin etmək;
İş rejimi:
- İş yeri – Bakı şəh., Ziya Bünyadov 43 küç.
- İş günləri – həftənin 5 günü
- İş qrafiki – 09:00 – 18:00
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Rəqəmsal Marketinq Mütəxəssisi” qeyd edərək, career@qafqaz.net elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...