Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank Rəqəmsal marketinq üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
- Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərinin aparılması;
- Biznes, brend, hədəf bazar və rəqib kontekstində düzgün istinadedici meyarların müəyyən edilməsi;
- Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, həmçinin müxtəlif brend və məhsul kampaniyalarının hazırlanması və icrası,
- Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin yekun təsdiqi,
- Müvafiq marketinq tədbirlərinin idarə edilməsi və səmərəliliyinin qiymətləndirilməsi,
- Hazırlanmış bütün marketinq fəaliyyətlərinin brend mövqeyi və təlimatlara uyğun olmasının təmin edilməsi,
- Toplanmış məlumatlar və iradlara cavab olaraq marketinq kampaniyaları və tədbirlərinin monitorinqi və tənzimlənməsi;
- Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər və məhsul sahibləri ilə Fokus Qrupların təşkili, təkliflərin hazırlanması və icrası;
- Brend və məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və monitorinqi;
- Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri də daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kiçik mütəxəssis tərəfindən azılaşdırılmış müddət çərçivəsində düzgün şəkildə hazırlanılması və təhvil verilməsinin təmin edilməsi,
- Marketinq kommunikasiyası şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət edilməsi və monitorinqi
Sizdən nə tələb olunur?
- Təhsil: Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
- İş təcrübəsi: Rəqəmsal marketinq üzrə ən az 5 il
- Lisenziya/Sertifikat: SEO sertifikatı, Rəqəmsal Marketinq mütəxəssisi sertifikatı (üstünlük verilir)
- Xarici dil bilikləri: səlis Azərbaycan, Rus və İngilis dili
- Kompüter bilikləri: Microsoft Office proqramları, Marketinq sahəsində proqram təchizatları üzrə biliklər
Digər:
- SEO və SEM, marketinq üzrə məlumat bazası, email, sosial media və Display ads kampaniyalarının idarəsi üzrə təcrübə;
- İnternet səhifələrinin analitikası alətləri üzrə bilik və təcrübə;
- Bazar təhlili yanaşmaları və alətləri haqqında biliklər;
- Marketinq kommunikasiya strategiyaları prinsipləri və alətləri haqqında biliklər;
- Məlumat təhlili alətləri haqqında biliklər və bu sahədə təcrübə
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda “Rəqəmsal marketinq üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...