Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Rəqəmsal marketinq üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Detallara qarçı diqqətlilik olmalıdır.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.
Vacancy: Rəqəmsal marketinq üzrə menecer (Digital Marketing Manager)
Vəzifə öhdəlikləri:
- Partnyorlarla Rəqəmsal layihələrin aparılması;
- Əldə olunmuş məlumat əsasında nəticə və təklif formalaşdırmaq. Mövcud datanın necə istifadə olunmasını anlamaq, dəlillər gətirmək və növbəti addımları planlamaq;
- Rəhbərin sorğusuna əsasən məlumat toplamaq və analiz etmək;
- Böyük həcmli məlumatların emalı;
- Trafikin, kampaniyaların, elanların, açar sözlərin və auditoriyanın effektivliyinin sistematik analizi;
- Adwords, Facebook və digər reklam platformalarında mövcud reklam kampaniyaların optimizasiyasında iştirak etmək;
yfiyyətli auditoriyaların cəlb olunması üçün daima yeni kanalların axtarışı və yeni ideyaların təklifi; - Təcrübələr aparmaq və hipotizaları test etmək;
- Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;
- Hesabatların tərtibi, analizi və avtomatlaşdırılması;
- A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması.
Tələblər:
- Azərbaycan və Rus dili biliyi;
- Ali təhsil;
- Uyğun vəzifə üzrə iş təcrübəsi – 2-3 il;
- Analitik və sistematik düşüncə tərzi;
- Detallara qarçı diqqətlilik;
- Komandada işləmək bacarığı;
- Google Ads və Google Analytics üzrə praktiki təcrübə;
- CPA, KPİ, ROİ, CTR –ın satışa necə təsir etməsini tam anlamaq.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Rəqəmsal marketinq üzrə menecer (Digital Marketing Manager)” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...