Qısa məzmun
TEZİBU Rəqəmsal Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Veb, SEO / SEM, e-mail, sosial media, ödənişli social media/yenidən hədəfləmə (retargeting) reklamları da daxil olmaqla rəqəmsal marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək;
- Bütün rəqəmsal marketinq kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI və KPI);
- Bütün rəqəmsal kanallarda, social mediada fəaliyyəti həyata keçirmək;
- Əsas onlayn axtarış sistemlərində maksimum ilkin sıralanma üçün optimizasiya işləri;
- Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək;
- Trendləri və tələbləri müəyyənləşdirmək və bunlara əsaslanaraq xərcləri və fəaliyyəti optimallaşdırmaq;
- İstifadəçi təcrübəsinin optimallaşdırması üçün şirkətdaxili digər qruplarla əməkdaşlıq etmək;
- Konversiya nöqtələrində lazımi rəqəmsal həlləri tətbiq etmək və müştərinin cəlb edilməsi prosesini optimallaşdırmaq;
- Yeni texnologiyaları qiymətləndirmək və zəruri hallarda onları tətbiq etmək üçün təhlil aparmaq.
- Planların, görülən işlər barədə hesabatların tərtibi və rəhbərə təhvil verilməsi.
Vəzifə üzrə tələblər:
- Rəqəmsal marketinqdə ən az 3 il iş təcrübəsi;
- Onlayn axtarış sistemləri üzrə optimallaşdırma (Search Engine Optimization) bacarıqları;
- SEO / SEM, marketinq məlumat bazası, e-poçt, sosial media üzrə təcrübə;
- Hədəf auditoriyanın müəyyənləşdirməsində və effektiv rəqəmsal kampaniyaların hazırlamasında təcrübə;
- İstifadəçi təcrübəsinin (user funnels) optimallaşdırması üzrə biliklər;
- A / B və çoxşaxəli testlər (AB/MVT testing) üzrə biliklər;
- Vebsayt analitikası üçün alətlər (məs, Google Analytics) üzrə biliklər;
- Google Adwords kampaniyalarının yaradılması və optimallaşdırılması üzrə təcrübə;
- Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi;
- İnternet marketinq, aidiyyatı olan yeni trendlər və ən yaxşı təcrübələr haqda biliklər;
- İşin tələbi çərçivəsində dil bilikləri;
- Müxtəlif tapşırıqları eyni zamanda idarə etməyi və iddialı hədəflərə çatmağı bacarmalıdır.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...