Qısa məzmun
Ə/h 1300-1700 AZN. Sinteks Group of Companies Rəqəmsal Marketinq üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Elektron ticarət üzrə ümumi marketinq strategiyalarını həyata keçirmək
- Ödənişli media və SEO strategiyaları ilə yeni müştəriləri cəlb etmək
- A/B testlə yeni yanaşmaları, istifadəçi seqmentlərini və imkanlarını müəyyənləşdirmək
- Rəqəmsal Marketinq kampaniyaların performansını hədəflərinə görə qiymətləndirmək (ROI və KPIs)
- Veb analitik panellərini izləmək və məruzə etmək, inkişaf üçün əsas sahələri müəyyənləşdimək
- SEO analizinə əsaslanaraq tövsiyyələr vermək və hədəfləri təyin etmək
- SEO hədəflərinə uyğun olaraq “link building” kampaniyalarını qurmaq
- Search Engine, Google Analytics, Webmaster alətləri əsasında hesabatlar hazırlamaq
- Sosial mediada marketinq məzmununun yaradılmasına dəstək olmaq
- Axtarış auditoriyasını qiymətləndirmək üçün SEM Rush ilə açar sözləri və rəqibləri analiz etmək
- Təkmilləşdirilmiş məzmunu yükləmək və CRO inkişaf prosesi vasitəsilə analiz etmək
- Performans ölçülərin qiymətləndirilməsi üçün OKR-lara, məzmuna və CRM satış qıflarına daxil olan bütün məlumatlara diqqət yetirmək
- “Integrating /Promotions/Add to Basket/Collections” kampaniyalarını tətbiq etmək
- Göstəriciləri optimallaşdırmaq və analiz etmək üçün auditoriyanı seqmentləşdirmək və reklam qruplarını yaratmaq
Namizədə tələblər:
- Təhsil:
- Marketinq və yaxud Biznesin idare edilmesi üzrə Bakalavr dərəcəsi
- Elektron Ticarət /Rəqəmsal Marketinq sahəsi üzrə kvalifikasiyalar arzuolunandır
- Təcrübə:
- Sosial media/rəqəmsal marketinq üzrə ən az 2 il iş təcrübəsi
- SEM və PPC üzrə təcrübə
- Professional biliklər:
- E-mail marketinq və sosial media reklamı üzrə əla biliklər
- Ödənişli kampaniyalar və həftəlik MailChimp informasiya bülletenləri üzrə biliklər
- Hesabatlılıq üzrə biliklər: Reklam, veb sayt baxışları / ziyarətçilər, SEO məzmununun yenilənməsi, satışlar və potensial, Google Search Console
- Sosial Media məzmununun icrası və planlaşdırılması
- Məlumatın təhlili
- Facebook, Twitter, LinkedIn və digər sosial media platformaları üzrə əla biliklər
- Facebook Business Manager və Insights üzrə biliklər
- Marketinq Platformaları üzrə biliklər: Marketo, Pardot, Hootsuite, SEMrush, Trello, Outbrain, Google Optimise, Click Dimensions, Sitecore, Slack, Adobe Campaign, Qubit
- Veb dizayn və istifadəçi təcrübəsi üzrə yaxşı biliklər
- Azərbaycan və Rus dillərini mükəmməl, İnglis dilini yaxşı səviyyədə bilmək
- Yüksək səviyyədə MS Office proqramlarını bilmək
- Professional bacarıq və kompetensiyalar:
- İşgüzar ünsiyyət
- Təşkilat bacarıqları
- Detallara diqqət
- Çoxfunksionallıq
- Emosional zəka
- Vaxtın idarə olunması
- Layihənin idarə olunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...