Qısa məzmun
Aztelekom MMC Rəqəmsal reklam üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək;
- Biznesin tələblərinə uyğun olaraq saytın kontentini yeniləmək;
- Veb saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO);
- Displey banner reklamlarının yaradılmasını və effektiv nəticə verməsini koordinasiya etmək;
- Rəqəmsal, kreativ və media agentliklərinin işini koordinasiya etmək;
- Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlmaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI/KPI və s.);
- Komandanın digər üzvləri ilə sıx ünsiyyətdə olmaq və “brainstorminq”-lərdə iştirak etmək.
- Şirkətin rəqəmsal reklam üzrə strategiyasını hazırlamaq
- Şirkətin sosail media hesablarını idarə etmək, kontentin yaradılmasında birbaşa iştirak edib həllər təklif etmək.
Tələblər
- Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil
- Minimum 3 il (rəqəmsal marketinq istiqaməti üzrə)
- MS Office,
- Google (Ads, Analytics, YouTube, Data Studio etc.) HubSpot, Yandex (Direct, Metrica), CDMP (Certified Digital Marketing Professional), Facebook BluePrint və s., üzrə sertifikatlar;
- Azərbaycan, İngilis dillərinin biliyi ( rus dili biliyi üstünlük hesab olunur)
- Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello);
- Böyük müştəri bazası ilə işləmə;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Təşəbbüskar və yaradıcı;
Oxşar vakansiya siyahısı:
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...