Qısa məzmun
PAY Group Resepşn vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə əsas öhdəliklər:
- Şirkətə daxil olan zənglərin cavablandırılması və təyinatı üzrə istiqamətləndirməsi.
- Şirkətə gələn müştərilərin və qonaqların qarşılanması.
- Bütün müştərilərə/qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmətin, nəzakətli davranışın, gülərüzlü qarşılamanın, diqqətin və yardımın göstərilməsinin təmin edilməsi.
- Qonaqların və müştərilərin gəlişi barədə onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara və müştərilərə onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində məlumat vermək.
- Rəhbərlik və şirkət əməkdaşlarının müəyyən olunmuş işlərinə dəstək olmaq.
- Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
- Əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməli.
- İşinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı.
Vəzifə üzrə əsas tələblər:
- Ali təhsil və ya vəzifə üzrə orta ixtisas təhsili.
- Müvafiq vəzifə üzrə 1-3 il iş təcrübəsi.
- Azərbaycan və rus dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
- Mükəmməl əlaqə qurmaq və ünsiyyət bacarıqları.
- Komandada işləmək qabiliyyətinə malik olmaq.
- Fəal, yeniliyə can atan, eyni zamanda “Bacararam” münasibəti nümayiş etdirməlidir.
- 25-35 yaşlarında, səliqəli xarici görünüşə, gülərüz ünsiyyətə və etika qaydalarına riayət etmə bacarıqlarına malik olan xanım namizəd olmalıdır.
İş şəraiti:
- İş qrafiki: Həftənin 6 günü, 10:00-dan 19:00-dək
- Bazar qeyri iş günüdür
- Nahar şirkət tərəfindən təmin olunur
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Məlumat bazası üzrə mütəxəssis
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...