Qısa məzmun
ELMANADO MMC Resepşn vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin nəzakətli şəkildə cavablandırılması və aidiyyatı şəxslərə yönəldirilməsi
- Ofisə gələn qonaqların və müştərilərin nəzakətli qarşılanması, müvafiq işçi heyətinin oturduğu yer və ya iclas otaqlarına ötürülməsi və yönləndirilməsi, yola salınması
- Ümumi emaillərə nəzarət, cavablandırılması və yönləndirilməsi
- Ofisə daxil olan və ya çıxan məktubların və digər sənədlərin qeydiyyatı və daxildə paylanması
- Tələb olunduğu halda, sənədlərin surətlərinin çıxarılması, tikilməsi və s. kimi işlərdə işçi heyətə yardım etmək
- Lazım olan məlumatları əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra edilməsi, öz səlahiyyətləri daxilində problemləri müstəqil həll etməli
Tələblər:
- Cins: Qadın
- Yaş: 21-30
- Ali təhsili olanlara üstünlük verilir
- Xoş və səliqəli zahiri görünüş
- Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları
- Gülərüz,səliqəli və kollektivlə işləmə qabiliyyətinin olması
- Diqqətli və məsuliyyətli olmaq
- Azərbaycan və Rus dillərində yüksək səviyyədə ünsiyyət qurma bacarığı
- Microsoft Office proqramlarında sərbəst işləmə və hesabat bacarıqlarına sahib olmaq
- Müvafiq sahədə min 6 ay iş təcrübəsi
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
- İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət)
- Əmək haqqı: 400 AZN
- Nahar verilir
- İş yeri: Bakı şəh., Zabrat dairəsi
Oxşar vakansiya siyahısı:
600₼
Kadrlar üzrə mütəxəssisAZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə kiçik mütəxəssis
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Resepşn
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
400₼
Operator (Soyuq satis)Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Çağrı mərkəzi üzrə operator
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...