Qısa məzmun
Global Learning and Development Partners Resepşn vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Şirkət daxili işlərin kordinasiya edilərək tələb olunan fəaliyyətin təmin edilməsi;
- Şirkətə gələn ziyarətçi, qonaqların qarşılanması, onlara yardım edilməsi və yönləndirilməsi;
- Qonaqlara özünəməxsus xidmət göstərilməsi və tələb olunan məlumatların tam şəkildə verilməsi;
- Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul etmək, yönləndirmək, tələb olunduqda qeydlər aparmaq və aidiyyati şəxslərə məlumat vermək;
- Kargüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması;
- Şirkət tərəfindən bağlandığı müqavilələrin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar;
Tələblər:
- Mükəmməl xidmət göstərmək həvəsi;
- İngilis və Rus dili bacarıqları üstünlükdür;
- Microsoft Office kompüter proqramları üzrə bacarıqlar;
- Komandada işləmək bacarığı;
- Öyrənmək və inkişaf etmək həvəsi;
CV-lərinizi (foto mütləqdir) mövzu xanasında Resepşn qeyd etməklə göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun gələn və mövzu hissəsində vəzifənin adını düzgün qeyd etmiş namizədlərlə əlaqə saxlanılacaq.
CV-lərin göndərilməsi olunması üçün son tarix: 05 Dekabr 2021
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...