Qısa məzmun
Pizza Mizza Reception üzrə vakansiya elan edir. Xoş və səliqəli zahiri görünüş olmalıdır.
İş haqqında məlumat:
- Daxil olan müştərilərin qarşılaması, məlumatlandırma və qeydiyyatının aparılması
- Daxil olan telefon zənglərinin cavablandırılması
- Görüşlərin təyini, iclas otağının növbəsinə nəzarət
- Təqvimin aparılması, sənədlərin skan olunması
- Təmizliyə nəzarət
- Qonaqların qarşılanması (çay, kofe, su)
- E-mail və yazışmaların həyata keçirilməsi
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqları yerinə yetirilməsi
Namizədə tələblər:
- Cins: Qadın
- Yaş: 20-30
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı
- Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı
- Rus dili biliyi mütləqdir
- Məsuliyyətli, pozitiv, gülərüz və nəzakətli
Əlavə məlumat:
- Əmək haqqı: müsahibə zamanı təyin ediləcək (bilik və bacarıqlardan asılı olaraq)
- İş qrafiki: 6 iş günü
- Karyera yüksəlişi imkanı
- Nahar şirkət tərəfindən təmin edilir
- Korporativ nömrə, telefon və balans şirkət tərəfindən təmin edilir
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@pizzamizza.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...