Qısa məzmun
Ə/h 300-400 AZN. Avrasiya Tərcümə Mərkəzi Resepşn vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Müştəriləri qarşılanması və sənədlərin qəbulu
- Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırıması (poçtla, kuryerlə, elektron poçtla və s.)
- Şirkətə gələn zənglərin qəbul edilməsi və yönləndirilməsi
- Gələn məktubların qəbul edilməsi və yönləndirilməsi
- Rəhbərliyin telefon danışıqlarını təşkil etmək, mail göndərmək və rəhbərlik olmadığı vaxtda daxil olan məlumatlarıqeyd etmək və düzgün şəkildə rəhbərliyə çatdırmaq
- Problemləri sürətli həll etmək bacarığı
- Tərcüməçilərin iş qrafikini planlaşdırmaq və sifarişləri düzgün şəkildə bölüşdürmək, bu barədə rəhbərliyi daim məlumatlandırmaq
- Şirkətlərlə korporativ yazışma etikası əsasında yazışmalar aparmaq
- Beynəlxalq yazışmalar aparmaq
- Rəhbərliyin birbaşa tapşırıqlarının yerinə yetirilməsi
- Ofislərin cari təsərrüfat fəaliyyəti ilə bağlı lazımi işlərin görülməsi
- İş şərtləri
- İş vaxtı 09:00-dan 19:00-dək
- İş günü 6/1 (bazar günü istirahət günü)
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Əmək haqqı 300-400 AZN
Namizədə tələblər:
- Yalnız xanım namizədlər
- Yaş: 21-25
- Təhsil: Ali (filologiya, tərcüməçilik, dilçilik sahələri üzrə məzun olanlara üstünlük veriləcəkdir).
- İş təcrübəsi: təcrübə tələb olunmur
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dil bilikləri mütləqdir
- Düzgün qrammatik şifahi və yazılı bacarıq mütləqdir.
- Rahat şəkildə Mc Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir).
- Eyni anda bir neçə işi görmək bacarığı
- Şəxsi keyfiyyətlər
- Mehriban, xoşgörünüşlü və ünsiyyətcil
- Stressədavamlı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Məlumatlandırıcı qeydlər:
- Xahiş edirik CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur.
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini (şəkilsiz CV-lərə baxılmayacaq) cv@avrasiyabaku.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Resepşn” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Məlumat bazası üzrə mütəxəssis
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...