Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Rəsmiləşdirmə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Kollektivlə aktiv işləmək bacarığı olan şəxsdir.
Azərbaycan Beynəlxalq Bankı Kiçik və Orta Sahibkarlarla İş Departamentinin Kiçik və Orta Biznes Kreditlərinin Rəsmiləşdirilməsi şöbəsinə Rəsmiləşdirmə mütəxəssisi vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
- KOS seqmentinə aid bütün müştərilərə kreditlərin rəsmiləşdirmə xidmətinin göstərilməsi;
- Müştərilərə səyyar kreditlərin rəsmiləşdirilməsi xidmətin göstərilməsi;
- Notariuslarla iş üzrə müqavilələrin imzalanmasını həyata keçirtmək;
- Kredit, Qarantiya, Akkreditiv, Zaminlik, Girov, İpoteka müqavilələrinin hazırlanması;
- Əqdlərin AƏS-ə daxil olunması, kreditlərin təsdiq olunması üçün müvafiq prosedurların aparılması kreditlerim tesdiq olunmasi uchun müvafiq prosedurlarin aparilmasi;
- Rəsmiləşdirmə prosesində tələb olunan sənədlərin toplanması üçün müştərilərə dəstək göstərilməsi.
Bizim üçün ideal namizəd:
- Ali təhsilli;
- Bankın müştərilərə xidmət sahəsində 1 ildən artıq iş təcrübəsi olan;
- BPM, Bİ, Flexcube, Microsoft office proqramlarında sərbəst iş bacarığı olan;
- Hüquqi biliklərin olan;
- Yazılı və şifahi ünsiyyət bacarığı olan;
- Kollektivlə aktiv işləmək bacarığı olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
- Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
- Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəsmiləşdirmə mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...