Qısa məzmun
Ə/ razılaşma yolu ilə. Sinteks Group of Companies Restaurants F&B Brand Manager vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Restaurant F&B/Brand Manager tələb olunur.
Vəzifənin rolu:
Bu rol brend standartlarına uyğun kafe şəbəkəsinin idarəolunmasını və işini təşkil edir.
Vəzifə öhdəlikləri:
- Satış nöqtələrin gündəlik/həftəlik sifarişlərini kafe menecerləri tərəfindən vaxtında hazırlanmasını yoxlayır, sifarişin həmin kafenin satışına uyğun olmasını yoxlayır və sifarişlərin vaxtında yerləşdirilməsini təşkil edir. Ambardan sifariş olunan malların təchizatını təşkil edir
- Satış nöqtələrin iş rejimini müəyyən edir və həmin rejimə nəzarət edir
- Tabeçiliyində olan satış nöqtələrin iş qrafiki müəyyən edir və icrasına nəzarət edir
- Satış nöqtələrin Brendin bütün standartlarına uyğunluğunu təmin edir, ələxsus- işçilərin uniforması, işçilərin zahiri görünüşü, müştərilərə təqdim olunan servisinin səviyyəsini və interyerin, avadanlıqların vəziyyətini
- Öncədən hazırlanmış kafelərin vizit qrafikinə uyğun kafeləri gəzir və əməliyyat çekinq list vasitəsi ilə kafelərin vəziyyətini yoxlayır
- Satış nöqtələrinə işçiləri işə götürür
- Satış nöqtələrin təyin olunmuş aylıq satış planlarını yerinə yetirir
- İstifadə olunan məhsulların beynelxalq və yerli tədarükçülərdən sifarişini edir
- Satış nöqtələrin aylıq tullantıların minimum həddini aşmamasına nəzarət edir
- Tabeçiliyində olan kafelərin sanitar qiqiyena və təıhlükəsizlik standatlarına riayət olunmasına nəzarət edir
- İtkilərin qarşısını alır
- Avadanlıqların vaxtı-vaxtında təmir edilməsini və daim saz vəziyyətdə olmasını təşkil edir
- Ümumi anbara daxil olan malları qəbul edir və onlara cavabdehliyi daşıyır
- Satış nöqtələrin inkişafını həyata keçirir
Əsas tələblər:
- Təhsil:
- Bakalavr dərəcəsi, Biznesin İdarəedilməsi/Menecment və ya digər müvafiq sahədə arzuolunandır
- Təcrübə:
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 1 il təcrübə
- Professional biliklər:
- Qida məhsullarının saxlanılma şəraiti və müddəti haqqında güclü biliklər
- Rus dili mükəmməl, İngilis dili orta səviyyədə
- MS Office Proqramları
- Professional bacarıqlar və kompetensiyalar:
- Liderlik
- Ünsiyyət bacarıqları
- Motivasiya bacarıqları
- Danışıqların aparılması
- Zamanın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Restaurant F&B/Brand Manager” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.