Qısa məzmun
“Pizza Mizza” MMC-yə Restoran meneceri tələb olunu
Tələblər:
- Müvafiq sahədə (restoran meneceri, direktoru və ya administratoru kimi) 1-3 il təcrübə
- Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
- Yaş 25-40
- Komandada işləmək bacarığı
- Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
- İdarəetmə və problem həll etmə bacarığı olmalı
- Güclü liderlik və idarəetmə bacarıqları.
- Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar.
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
- Maliyyə və büdcə ilə işləməyin təcrübəsi
- Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat.
- Restoran mühiti, uzun saatlar və çevik iş saatları tələb oluna bilər.
- Fərqli növbələrdə işləmək bacarığı.
- Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq.
Vəzifələr:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək.
- Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək.
- Restoranda sənədləşmə işlərinin aparılması, hesabat sənədlərinin tərtibi və göndərilməsini təmin etmək.
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək.
- Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
- İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək.
- Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək.
- Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək.
- Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək.
- Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək.
- Müştəri rəylərini izləmək və həll etmək
- Restoranın satış planının icrasını təmin etmək.
- Xərcləri idarə etmək.
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
- SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
- Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
- Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
- Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək.
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək.
- Müştəri məmnuniyyəti üçün çalışmaq.
İş şəraiti:
- Gənc və dinamik komandada işləmək imkanı
- Karyera inkişafı
- Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
- 6 günlük iş rejimi.
- Nahar şirkət tərəfindən təqdim edilir.
- Əmək haqqı 1300-1800 azn
- Əlavə iş saatına görə ödəniş
Maraqlananlar şəkilli CV-lərini “Restoran meneceri” başlığı altında hr@pizzamizza.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...