Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Domino’s Pizza Azerbaijan Restoran Müdiri və Növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. Yeni işçilərə təlimlər verməlidir.
Şirkət barədə:
Domino’s dünyanın ən nəhəng pizza restoranlar şəbəkəsindən biridir. Amerikan brendidir və əsası 1960-ci il iyunun 11-də ABŞ-ın Miçigan ştatında qoyulub. Domino’s çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır. Domino’s Azərbaycanda 2014-cu ilin dekabr ayından fəaliyyət göstərir. Ərazinizdən asılı olaraq sifarişləriniz çantalarda saxlanılaraq, 30 dəqiqə ərzində isti-isti çatdırılır.
Əsas vəzifə və öhdəliklər:
- Məsul olduğu şöbə üçün nəzərdə tutulan satış, gəlirlilik, qida, əmək və OER hədəflərinə çatılması mövzusunda lazımlı fəaliyyətlər planlayıb həyata keçirilməsini təmin etməli,
- İdeal personal sayını qorumalı,
- İşçilərin qanunlara, qaydalara, işçi sağlamlığı və iş təhlükəsizliyi müddəalarına uyğun hərəkət etmələrini təmin etməli,
- Digər şöbələr və rəhbərliklə bağlı həftəlik, aylıq hesabatları düzgün və vaxtında icra etməli,
- Yeni işçilərə təlimlər verməli
Namizədə dair tələblər:
- Ali Təhsil
- Ən azı 3 illik Restoran İdarəetmə təcrübəsinə sahib olmalı,(Qida sektoru,Fast-Food )
- Xərclərə nəzarət, hesabat və təhlil bacarığı;
- Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı,
- Komanda işinə meyilli, hədəfyönümlü və bu komanda ilə irəliləməyi bacaran,
- Marka dəyərini dəqiq təmsil edə bilən və bu dəyəri komanda ilə göstərə bilən,
- Müştəri məmnuniyyətinə üstünlük verən,
- Güclü planlaşdırma bacarığına malik, təşəbbüs göstərməyə və strateji düşünməyə qadir,
- Effektiv ünsiyyət tərzinə sahib olan, xarici görünüşünə diqqət yetirən,
- Gərgin iş qrafiki, növbə sistemi və çevik iş saatları ilə ayaqlaşa bilən,
- Effektiv dil bilgiləri (Azərbaycan və İngilis dili əla səviyyədə olmalıdır; orta səviyyəli rus dili üstünlükdür) ;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
İş şərtləri:
- Əmək haqqı, namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir;
- Həftəlik, aylıq bonuslar yüksəkdir
- Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Restoran müdiri” və “Növbə rəisi” qeyd edərək info@dominospizza.az ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...